İdman

Azərbaycanlı futbolçu Bolqarıstan klubunda qol hesabını açıb

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov bu yay transfer olunduğu Bolqarıstanın “Arda” komandasında qol hesabını açıb.

“Report”un məlumatına görə, 20 yaşlı müdafiəçi yerli “Etar”la yoldaşlıq oyununda fərqlənib.

21-ci dəqiqədə rəqib qapısına yol tapan gənc oyunçu matçdakı ilk qolun müəllifi olub.

Qeyd edək ki, qarşılaşma “Arda” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir