İdman

Yeni transfer: “Üç təklifim var idi, amma “Neftçi”yə keçməyi qərara aldım”

Sharing is caring!


“Neftçi” ilə çempionluq qazanmaq istəyirəm”.

Bu sözləri “Neftçi”nin yeni transferi Yuri Matias deyib.

Rumıniyanın ÇFR klubundan transfer edilən 28 yaşlı braziliyalı mərkəz müdafiəçisi başqa təkliflərinin olduğunu da etiraf edib:

“Konkret olaraq üç təklifim var idi. Amma mən “Neftçi”yə keçməyi qərara aldım. Çünki bu, həm mənim, həm də ÇFR üçün yaxşı seçim oldu. “Neftçi” çempionluğa iddia etdiyi üçün bu klubu seçdim”.

Xatırladaq ki, Yuri Matias “ağ-qaralar”la iki illik müqavilə imzalayıb.

Mənbə: flashscore.ro

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir