Cəmiyyət

Bakı metrosunda yeni rəis TƏYİNATLARI

Sharing is caring!


“Bakı Metropoliteni” QSC-nin yerüstü stansiyalarına yeni rəislər təyin edilib.

Bu barədə QSC sədri Zaur Həsənov əmr imzalayıb.

Z.Həsənovun imzaladığı əmrə görə, İsa Musayev “Bakmil”, Elçin Ələsgərov isə “Xocəsən” stansiyasının rəisi təyin ediliblər. Hər iki şəxs bu vəzifə üçün imtahan verib.

İ.Musayev bu təyinata qədər “Neftçilər” stansiyasında rəis müavini, E.Ələsgərov isə “8 Noyabr” stansiyasında Mərkəzləşmə Məntəqə növbətçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, “Bakı Metropoliteni”nin uzunluğu 40 km-ə çatan 27 stansiyası var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir