İdman

Mbappe Səudiyyə Ərəbistanı klubu ilə danışıqlardan imtina etdi

Sharing is caring!


PSJ-nin futbolçusu Kilian Mbappe Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçmək istəmir.

Sözügedən klub 24 yaşlı hücumçunu transfer etmək üçün Paris təmsilçisinə 300 milyon avro təklif edib. Fransızlar təklifə isti yanaşıblar. “Əl-Hilal” nümayəndələri futbolçu ilə görüşmək üçün Parisə gediblər. Lakin forvard danışıqlardan imtina edib və onlarla görüşməyib.

Məlumata görə, Mbappenin ailəsi onun təklifi qəbul etməsini istəyir. Ancaq futbolçu Avropada qalmaq fikrindədir.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. Bu yay onun “Real Madrid”ə keçəcəyi ilə bağlı məlumatlar var.

Mənbə: “L`Equipe”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir