Dünya

İsraildə 830 hərbçi məhkəmə islahatlarına görə ordudan istefa verib

Sharing is caring!


İsraildə 830 hərbçi ölkə daxilində kütləvi etirazlara və gərgin ictimai müzakirələrə səbəb olan məhkəmə islahatlarına cavab olaraq ordudakı vəzifəsindən istefa verib.

Bu barədə İsrail İctimai Yayım Korporasiyası (KAN) məlumat yayıb.

Ordudakı istefalarının fonunda İsrail ordusunun adı açıqlanmayan yüksəkrütbəli hərbçisi mətbuata açıqlamasında qeyd edib ki, bir qrup hərbçinin ordudan istefası İsrail ordusunun effektivliyini təhlükə altına ala bilər.

Qeyd edək ki, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin hazırkı hökumətinin məhkəmə islahatları ölkədə etirazlara səbəb olub. İslahatlar Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur. Bu islahatlar eyni zamanda Ali Məhkəmənin ordu üzərində nəzarətinin azaldmasını nəzərdə tutur. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir