İdman

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

Sharing is caring!


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

“Report”un məlumatına görə, son oyun günündə beş qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Rakuv”a minimal fərqlə uduzub – 2:3.

Bu qarşılaşmanın qalibinin III raunddakı potensial rəqibləri olan Kipr “Aris”i ilə Belarus BATE-si arasında keçirilən matçda isə qapılara səkkiz top vurulub.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
26 iyul

21:00. “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) – 1:0
Qol:
Amin Talal, 28

21:00. “Aris” (Kipr) – BATE (Belarus) – 6:2
Qollar:
Yannik Qomis, 17 (penalti); 60. Leo Benqtsson, 32. Sidi Bane, 40 (avtoqol). Ceyden Montnor, 83. Mariuş Stepinski, 90+1 (penalti) – Artyom Kontsevoy, 48. Ruslan Xadarkeviç, 65

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 3:2
Qollar:
Elvin Cəfərquliyev, 55 (avtoqol). Fabian Pyasetski, 71. Sonni Kittel, 90+1 – Redon Cica, 73; 75

22:45. “Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) – 1:1
Qollar:
Dominik Yankov, 44 – Timmi Elşnik, 14

22:45. “Klaksvik” (Farer adaları) – “Haken” (İsveç) – 0:0

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir