İdman

Konfrans Liqası: “Fənərbağça” Moldova klubunu darmadağın etdi – VİDEO

Sharing is caring!


Türkiyə “Fənərbağça”sı UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Moldova “Zimbru”sunu qəbul edib.

“Ülker” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı darmadağını ilə başa çatıb.

İlk qolu 11-ci dəqiqədə Ferdi Kadıoğlu vurub. Cəmi üç dəqiqə sonra Rayan Kent ikinci topu rəqibin qapısından keçirib. 61-ci dəqiqədə Edin Dzeko qonaqları üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. 63-cü dəqiqədə Sebastian Şimanski fərqi bir az da artırıb. 88-ci dəqiqədə isə Coşua Kinq yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun birində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir