İdman

Musa Qurbanlı Konfrans Liqası üçün sifariş olundu

Sharing is caring!


İsveçin “Yurqorden” klubu yay transfer pəncərəsində heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Musa Qurbanlını UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

Oxu.Az xəbər verir ki, 21 yaşlı hücumçu İsveç təmsilçisi  “Lütsern”ə qarşı oynaya bilər. Onun adı 23 nəfərlik siyahıya daxil edilib.

Xatırladaq ki, “Qarabağ”dan “Yurqorden”ə keçən Musa Qurbanlı Stokholm təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, sözügedən komanda “Lütsern”ə qarşı ilk oyunu iyulun 27-də öz meydanında, cavab matçını avqustun 3-də səfərdə keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir