İdman

Millətlər Liqası: İspaniya finalda, Ukrayna pley-offa çıxa bilmədi – VİDEO

Sharing is caring!

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya və İspaniya 1-ci yer, İsveçrə ilə Çexiya isə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. Bu duellərdə İspaniya son dəqiqə qolu ilə özünə sərfəli olan nəticəni təmin edərək qrup lideri kimi finala yüksəlib – 0:1. Çexiya isə məğlub olaraq A Liqasını tərk edib – 2:1.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanın müqavimətini qıra bilməyib və pley-ofdan kənarda qalıb 0:0.

Liqanın 4-cü qrupunda Norveç yığması evdə Serbiya ilə qarşılşıb. Skandinaviya təmsilçisi qrup birinciliyi uğrundakı görüşdə məğlubiyyətlə üzləşib – 0:2.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

A Liqası

2-ci qrup

Portuqaliya – İspaniya 0:1

İsveçrə – Çexiya 2:1

B Liqası

İrlandiya – Ermənistan 3:2

Ukrayna – Şotlandiya 0:0

2-ci qrup

Albaniya – İslandiya 1:1

4-cü qrup

Norveç – Serbiya 0:2

İsveç – Sloveniya 1:1

C Liqası

2-ci qrup

Yunanıstan – Şimali İrlandiya 3:1

Kosovo – Kipr 5:1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir