Kriminal

Gəncədə vətəndaşda saxta pul əsginası aşkarlanıb

Sharing is caring!


Gəncədə vətəndaşda saxta pul əsginası aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət apararkən Samux rayon sakinindən bir ədəd saxta 50 manatlıq pul əsginası aşkarlanaraq götürülüb.

Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir