İdman

Kişi cüdoçular arasında ACF turunun ikinci yarışı başa çatıb – FOTO

Sharing is caring!


Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kişilər arasında ACF turunun ikinci turniri keçirilib.

Qurumdan verilən məlumata görə, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 21 klub, cəmiyyət və idman təşkilatından olan 61 cüdoçu tatamiyə çıxıb.

Turnirdə idmançılar 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq, və +100 kq çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb.

Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan cüdoçu 22 – 24 sentyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.

Medalçıların siyahısı:

60 kq.

1. Rəşad Məmmədov

2. Hüseyn Allahyarov

3. Murad Muradlı

3. Aşur Əliyev

66 kq.

1. Rəşad Yelkiyev

2. Tofiq Əliyev

3. Samir Əzimli

3. Qasım Vəlizadə

73 kq.

1. Telman Vəliyev

2. Rüfət Şövlətov

3. Hüseyn Məmmədzadə

3. Nihad İsmayılov

81 kq.

1. Kərim Allahverdiyev

2. Zaməddin Poladov

3. Elcan Şəfiyev

3. Məmmədrza Hacızadə

90 kq.

1. Əli Hacızadə

2. Musa Hüseynli

3. Rəşadət Paşazadə

3. Tuncay Şamil

100 kq.

1. Rəsul Aydəmirov

+100 kq.

1. İmran Yusifov

2. Qurban Məmmədli

3. Toğrul Salmanov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir