Cəmiyyət

Göyçayda tullantıları urnalara atmayanlar cərimələndilər – FOTO

Sharing is caring!


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb.

Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq onların hər biri barəsində inzibati tənbeh tədbiri görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir