Dünya

Britaniyalıların 37%-i Ukrayna üçün ianə verib

Sharing is caring!

Böyük Britaniya əhalisinin üçdə birindən çoxu Ukraynaya humanitar yardım səylərini dəstəkləmək üçün ianə verib.

Yeni sorğu krallıq ictimaiyyətinin böyük əksəriyyətinin Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bir il sonra da baş verənlərdən narahat olduğunu göstərib.

 Müharibə nəticəsində zərərçəkənlər üçün xeyriyyə yardımlarının davam etdiyi bir vaxtda, “Christian Aid”in sifarişi ilə həyata keçirilən sorğu Britaniyanın yetkin əhalisinin 37%-nin Ukrayna üçün ianə etdiyini, təxminən 81%-nin isə müharibənin nəticələrindən hələ də narahat olduqlarını üzə çıxarıb.

“Christian Aid”in məlumatına görə, hazırda 17,7 milyon ukraynalının köməyə ehtiyacı var və 13 milyondan çox insan işğaldan bir il sonra evlərinə qayıda bilmir.

Bildirilir ki, ötən müddət ərzində müharibədən zərər çəkmiş 770 mindən çox insana təcili yardım göstərilib. “Christian Aid” təşkilatının rəhbəri Con Sentamu bildirib ki, Britaniya ictimaiyyəti Ukrayna xalqına hədsiz səxavət göstərib.

Mənbə: zn.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir