Kriminal

Ağstafada minik avtomobili yük maşını ilə toqquşdu: Ölənlər var

Sharing is caring!

Ağstafa rayonunda minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb.

“Report”un məlumatına görə, Bakı-Qazax magistral yolunun Ağstafa rayon Dağ Kəsəmən kəndindən keçən hissəsində VAZ-21099 markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Dağ Kəsəmən kənd sakinləri – 1987-ci il təvəllüdlü Orxan Rzayev və onun həmyaşıdı Məhəmməd Xəlilov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir