Dünya

Pakistanda zəlzələ baş verdi

Sharing is caring!


Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Pakistan Milli Seysmik Müşahidə Mərkəzindən məlumat verilib.

Məlumata görə, zəlzələ Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə, yerin 60 kilometr dərinliyində qeydə alınıb.

Yerli vaxtla saat 17:19-da baş verən zəlzələdə ölən və ya xəsarət alanlar, həmçinin dağıntılar barədə hələlik açıqlama verilmir.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir