Dünya

Ərdoğanın müavini: “Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq”

Sharing is caring!


“Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, İstanbuldan olan millət vəkili Zəfər Sırakaya Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada tayı-bərabəri yoxdur:

“Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına salamlarını gətirmişəm. Bu işbirliyi təkcə iki dövlət arasında olan münasibətlər deyil. Azərbaycan və Türkiyə münasibətlərinin dərinləşməsi bütün türk dünyasının münasibətlərinin daha da genişlənməsinə töhfə verir. Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan dövlətinin və xalqının dəstəklərini yaxından hiss etdik. Qardaş köməyindən ötrü Azərbaycan xalqına təşəkkür edirik”.

Z.Sarıkaya Azərbaycanın qəhrəman ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfər münasibətilə təbriklərini çatdırıb.

“Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərində qazandığı qələbə ilə Azərbaycan bayrağı bütün Qarabağda və işğaldan azad olunmuş ərazilərdə dalğalanır. “İki dövlət, bir millət” şüarını daim yaşadacağıq. Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir