Dünya

Qazaxıstanda taxıldaşıyan yük qatarı qəzaya uğradı – FOTO

Sharing is caring!

Qazaxıstanın Karaqanda vilayətində yük qatarının 19 vaqonu relsdən çıxıb.

Bu barədə “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin saytında məlumat verilib.

İlkin məlumatlara görə, hadisə “Karabas” stansiyasının “Karaqanda-Akadır” hissəsində baş verib. Hadisəyə səbəb xüsusi mülkiyyətçiyə məxsus olan birinci taxıldaşıyan vaqonun təkərlərində yaranan problem olub. Ölən və yaralananlar olmayıb.

Bu ərazidə qatarların hərəkəti yanaşı yoldakı rels vasitəsilə bərpa olunub. İki sərnişin qatarının hərəkəti dayandırılıb.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir