Siyasət

Helsinki Azərbaycan Evində tanınmış azərbaycanlı rəssamın sərgisi təşkil edildi – FOTO

Sharing is caring!

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində azərbaycanlı rəssam Çingiz Abasovun əsərlərindən ibarət sərgi nümayiş etdirilir.

Oxu.Az xəbər verir ki, sərgidə Azərbaycan rəssamlıq məktəbinin parlaq nümayəndələrindən biri olan soydaşımızın “Möhtəşəm Bakı” silsiləsində ərsəyə gətirdiyi əsərləri təqdim olunub.

Sərgi bir ay ərzində davam edəcək.

Qeyd edək ki, Çingiz Abasov 3 may 1963-cü il tarixində Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, Sankt-Peterburqdakı Vera Muxina adına Ali Bədii-Sənaye Məktəbini (indiki Baron fon Ştiqlits adına İncəsənət və Dizayn Akdemiyasını) bitirib. 1990-cı illərdən xaricdə yaşayan rəssamın əsərləri Finlandiya, ABŞ, Azərbaycan, İtaliya və digər ölkələrdə nümayiş etdirilir, dünyanın bir sıra ölkələrindəki özəl və dövlət kolleksiyalarında saxlanılır. 

Onun Bakıya həsr etdiyi 102 əsəri ABŞ-da “Magnificient Baku” (“Möhtəşəm Bakı”) adı ilə dərc olunan kitaba daxil edilib. Bu nəşr ABŞ Konqresinin kataloqunda yer alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir