İdman

Alkaras karyerasında ilk dəfə Uimbldonun qalibi olub

Sharing is caring!


Bazar günü dünyanın 1 nömrəli tennisçisi ispaniyalı Karlos Alkaras mövsümün üçüncü Böyük Dəbilqəsi olan Uimbldonun final oyununda ikinci sırada olan serb Novak Cokoviçi məğlub edib.

Görüş 1:6, 7:6 (8:6), 6:1, 3:6, 6:4 hesabı ilə Alkarasın xeyrinə başa çatıb. O, karyerasında ikinci Böyük Dəbilqə titulunu qazanıb.

Xatırladaq ki, tennisçi 2022-ci ildə ABŞ açıq çempionatının qalibi olub.

Cokoviçə gəlincə, idmançı Böyük Dəbilqə yarışlarında ən çox qalibiyyət rekorduna sahibdir (23). Serbiyalı Uimbldonda yeddi dəfə qalib gəlib. O, bu göstəricidə yalnız isveçrəli Rocer Federerdən (səkkiz) sonra ikincidir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir