İdman

Ramil Şeydayev Tailand klubunda məhsuldar ötürmə verib

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda məhsuldar ötürmə verib.

“Report”un məlumatına görə, 27 yaşlı hücumçu “Polis Tero”ya qarşı keçirdikləri V turun matçında ikinci qolun vurulmasında yaxından iştirak edib.

Görüşə start heyətində başlayan Şeydayev 82-ci dəqiqədə əvəzlənib. Matç “Buriram Yunayted”in 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, forvard IV turda “Trat”a 4:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir