Dünya

İranda ata qızını qəddarlıqla öldürdü: “Sözümə qulaq asmırdı” – FOTO

Sharing is caring!


İranda ata qızını öldürüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Qızım sözümə qulaq asmırdı, onu boğdum”, – deyə qızını qətlə yetirən ata deyib.

İranın Sərdəşt (Sarıdaş) şəhərində 16 yaşlı Hayidə Həsənzadənin cəsədi aşkarlanıb. Gənc qızın cansız bədəni tapıldığı zaman ayaqları sement bloklarına bağlanmış, əli, gözü və ağzı isə izolent yapışdırılmış vəziyyətdə olub.

Məlumata görə, 4 ay öncə atası cinayəti gizlətmək üçün polisə zəng edib və qızının evdən qaçaraq xarici ölkəyə getdiyini deyib.

Bundan şübhələnən polis əməkdaşları araşdırma aparmağa başlayıblar və qızın atası dindirildiyi zaman cinayəti etiraf etməyə məcbur olub.

“Qızım sözlərimə məhəl qoymurdu, evə gec saatlarda gəlirdi. Mən də onu boğdum”, – deyə o bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir