İdman

Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü

Sharing is caring!


Kriştianu Ronaldonun qazancı onun “Ginnesin Rekordlar Kitabı”na düşməsinə şərait yaradıb.

“Forbes”in hesablamalarına görə, 2022-ci il mayın birindən 2023-cü il mayın birinədək olan dövr ərzində portuqaliyalıya ödənişlərin (əmək haqqı, pul mükafatı, bonuslar, sponsorlardan gələn gəlirlər, kommersiya layihələrində iştirak və s.) ümumi məbləği vergidən əvvəl 136 milyon dollar təşkil edib.

Bu məlumatlara əsasən, “Ən-Nəsr” futbolçusu 2023-cü ildə ən çox qazanan idmançı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Qeyd edək ki, 2022-ci ilin rekordçusu 130 milyon dollarla Lionel Messi olub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir