Dünya

Məşhur rusiyalı teleaparıcı xəstəxanaya yerləşdirilib

Sharing is caring!


Rusiyalı teleaparıcı Nikolay Drozdov iyulun 14-ü axşam saatlarında Moskva klinikalarından birinə yerləşdirilib.

Məlumata görə, 86 yaşlı Drozdovun səhhətində problemlər yaranıb və həkimə müraciət etmək məcburiyyətində qalıb.

Bildirilir ki, onda daxili orqanların iltihabı yaranıb.

Xatırladaq ki, Drozdov sonuncu dəfə bu il yanvarın sonunda xəstəxanaya yerləşdirilmişdi.

O, 1977-2018-ci illərdə məşhur “Heyvanlar aləmində” teleşousunun aparıcısı olub.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir