İdman

Macarıstandakı reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri açıqlandı

Sharing is caring!


İyulun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iyulun 16-dək davam edəcək yarışda sərbəst güləş üzrə yığmanın 2 üzvü – Abubakr Abakarovla (86 kq) Maqomedxan Maqomedov (97 kq) məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında uğur qazanmağa çalışacaq.

Komandanın digər üzvləri isə Vladiqafqazda təlim-məşq toplanışı keçir. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında baş tutan hazırlıq prosesi iyulun 22-dək davam edəcək.

İyunun 29-dan Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında Almaniya və İsveç yığmalarıyla birgə toplanışda iştirak edən yunan-Roma güləşçiləri isə sabah Budapeştə yollanacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Murad Məmmədov (hər ikisi 60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyayev (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) turnirdə mübarizə aparacaq.

Güləşçilər Budapeştdə baş tutacaq sonuncu reytinq turnirində iştirak etdikdən sonra bu ölkədə qalıb, bir neçə yığmayla birgə təlim-məşq toplanışı keçəcək. Komanda Vətənə iyulun 30-da qayıdacaq.

Qeyd edək ki, reytinq turnirində I-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir