İdman

“Barselona”nın ən uğurlu və uğursuz transferləri açıqlandı

Sharing is caring!


ESPN Filipe Koutinyonun keçidini “Barselona”nın 2017-ci ildən bəri ən pis transferi adlandırılıb.

Reytinq xərclənən məbləğ, əməliyyat nəticəsində əldə edilən mənfəət və ya zərərin məbləği, oyunçuların nailiyyətləri və komandada keçirdiyi vaxt əsasında tərtib edilib. Bu zaman yalnız Neymarın PSJ-yə qatılmasından sonra baş verən transferlər nəzərdən keçirilib.

Ən uğursuz beş sövdələşmələr sırasına Filipe Koutinyo (160 milyon avro, 2018), Miralem Pyaniç (60 milyon avro, 2020) və Mateus Fernandezin (7 milyon avro, 2020) alınması, Kevin-Prins Boatenq (2019) və Ceyson Murillonun (2019) icarəsi daxil edilib.

2019-cu ildə Antuan Qrizmanın 120 milyon avroya alınması 35-ci, Serxio Aqueronun 2021-ci ildə azad agent kimi imzalanması – 27-ci sırada, Malkolmun 2018-ci ildə 41 milyon avroya alınması isə 22-ci yerdə qərarlaşıb.

Katalon klubunun ən uğurlu beş transferi isə aşağıdakılar seçilib:

1. Ronald Arauxo – 1,7 milyon avro, 2018;

2. Pedri – 5-25 milyon avro, 2020;

3. Andreas Kristensen – azad agent, 2022;

4. Frenkie de Yonq – 86 milyon avro, 2019;

5. Robert Levandovski – 45 milyon avro, 2022

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir