Cəmiyyət

Tibb ocaqlarında acınacaqlı vəziyyət: Sakinlər narazıdır – VİDEO

Sharing is caring!


Mingəçevirdə 70-80 il öncə tikilən tibb müəssisələri istismarını başa vurmaq üzrədir.

Şəhərin Ruhi Əsəb Xəstəlikləri Dispanseri və Rayonlararası Narkoloji Dispanser vaxtilə əhaliyə keyfiyyətli tibbi xidmət göstərsə də, hazırda burada acınacaqlı vəziyyət hökm sürür.

Narkoloji dispanserin baş həkimi Nurəddin Ələkbərov bildirib ki, xəstəxanadakı palatalar bərbad vəziyyətdədir, xəstələr yata bilmirlər:

“Dam örtüyü damır, istilik sistemi yoxdur. Otaqlarda həşəratlar, siçovullar, hətta ilan da var”.

Qeyd edək ki, rayonlararası narkoloji dispanser Mingəçevirlə yanaşı, ətraf 10 rayonun sakinlərinə də xidmət göstərir. 2013-cü ildə binanın vəziyyəti ilə əlaqədar stasionar hissə bağlanıb. Bu səbəbdən dispanserdə yatmalı olan pasiyentlər paytaxt Bakıya, Şəki və digər regionlara göndərilir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hər iki tibb müəssisəsinin əsaslı təmiri artıq investisiya planına salınıb. Bununla əlaqədar müvafiq vəsaitin ayrılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib. Maliyyə vəsaiti ayrıldıqdan sonra tibb müəssisələrinin əsaslı təmiri həyata keçiriləcək.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir