Cəmiyyət

DYP Naxçıvan şəhərində reydlər keçirib – FOTO

Sharing is caring!


Naxçıvan Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində, hərəkətin daha intensiv olduğu küçə və prospektlərdə nizamlanmayan piyada keçidlərində hərəkət edən piyadalara yol verməyən, sürət həddini aşan, yersiz davranışlardan, konstruksiya dəyişikliklərindən tutmuş, digər təhlükəli vəziyyət yaradan sürücülərə qarşı reydlər keçirib.

“Report” xəbər verir ki, reydlər zamanı avtomobillərdə konstruksiya dəyişikliyi edən, kustar üsulla pərdə vuran, yol hərəkəti qaydalarını pozan, kəsilmiş purjinli avtomobil sürən, ön işıqlarını qara plyonka ilə üzləyən sürücülər inzibati qaydada cərimə edilib, nəqliyyat vasitələri isə cərimə meydançasına aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir