Dünya

Ərdoğan: “Seçkilərin sülh içərisində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir” – FOTO

Sharing is caring!


“14 May seçkilərinin sülh və əmin-amanlıq içərisində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də qeyd edib.

“Seçki müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm”, – paylaşımda deyilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir