Dünya

Polşanın baş naziri Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib

Sharing is caring!


Polşanın baş naziri Mateuş Moravetski keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.

O, bu barədə çərşənbə günü öz “Twitter” səhifəsində yazıb.

“Biz dostlarımızı bəlada qoymuruq. Mənim xahişimlə tibbi və humanitar yardım qrupunun həkimləri Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıblar”, – Moravetski yazıb.

Xatırladaq ki, Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında saxlanılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir