İdman

PSJ Qaltye ilə müqaviləni ləğv etdi

Sharing is caring!


PSJ klubu Kristof Qaltye ilə müqaviləni pozub.

Məlumata görə, tərəflər müqaviləyə xitam verilməsi barədə razılığa gəliblər.

Rəsmi olaraq Qaltyenin istefası Luis Enrikenin təyinatından sonra elan edilə bilər.

Bildirilir ki, Enrike PSJ ilə müqavilə imzalamaq üçün çərşənbə axşamı Parisə uçub. İspan mütəxəssisin komandanın baş məşqçisi kimi ilk mətbuat konfransı çərşənbə gününə planlaşdırılıb.

Qeyd olunur ki, Enrike PSJ ilə iki mövsümlük müqavilə imzalayacaq. Eyni zamanda, müqavilədə uzadılma variantının olub-olmaması göstərilmir.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir