Mədəniyyət

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə rəis təyin olundu

Sharing is caring!


Ötən gün strukturu təsdiq olunan Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.

“Report”un məlumatına görə, Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Şahin Şahbazov bu vəzifəyə təyinat alıb.

Yeni idarə Biləsuvar Regional Mədəniyyət İdarəsinin əsasında yaradılıb və Biləsuvar şəhərində fəaliyyət göstərəcək.

Ş. Şahbazov bu təyinatadək 2021-ci ilin may ayından Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Qeyd edək ki, Şahin Yusif oğlu Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzey işi və abidələrin mühafizəsi ixtisasını bakalavr dərəcəsi üzrə, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsini magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun doktorantı olub. Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

O, 2019-cu ildən Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. 4 elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır. Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir