İdman

Dünya çempionatı: Azərbaycan taekvondoçuları bu gün də medal qazana bilmədilər

Sharing is caring!


Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatını medalsız başa vurub.

Oxu.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) ilə dueldən qalib ayrılsa da, Migel Treyosunun (Kolumbiya) müqavimətini qıra bilməyib.

87 kq-dakı Taleh Süleymanov Manuel Polleti (Belçika) yensə də, Maykl Rodrigeslə (ABŞ) bacarmayıb.

Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxıb. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakamini (Yaponiya) yenib. O, 1/8 finalda Botagez Kapanovaya (Qazaxıstan) məğlub olub.

Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməmişdi.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir