İdman

Azərbaycan taekvondoçusunun dünya çempionatındakı ilk rəqibi müəyyənləşdi

Sharing is caring!


Azərbaycan taekvondoçusu Xanoğlan Kərimovun Bakıda keçirilən dünya çempionatındakı ilk rəqibi müəyyənləşib.

“Report” xəbər verir ki, bu, mundialın dördüncü gününün püşkatma mərasimində bəlli olub.

63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq dünya ikincisi debüt görüşündə portuqaliyalı Alfredo Martinslə qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək.

İyunun 1-də, həmçinin, qadın taekvondoçular 73 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir