İdman

Rafael Ağayevin “Karate Combat”dakı növbəti rəqibi bəlli oldu

Sharing is caring!


Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Combat”dakı növbəti rəqibi bəlli olub.

Turnirin rəsmi saytında verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşacaq.

Döyüş iyunun 24-də Florida ştatının Mayami şəhərində baş tutacaq.

Qeyd edək ki, Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir