Dünya

Almaniya atom enerjisindən imtina edir

Sharing is caring!


Almaniyanın cənub-qərbindəki Nekkarvesthaym stansiyasının sonuncu nüvə reaktoru aprelin 15-də şəbəkədən ayrılıb.

Aşağı Saksoniyadakı “Emsland” və Bavariyadakı “İsar-2” atom elektrik stansiyalarının bağlanması ilə Almaniyada nüvə enerjisindən mərhələli şəkildə imtina prosesi başa çatacaq.

Bu münasibətlə nüvə enerjisinin yüzlərlə əleyhdarlarının “ziyafət” təşkil etdiyi bildirilir.

Nekkarvesthaym AES Almaniyanın ən gənc atom elektrik stansiyası idi. O, 1989-cu ildə işə salınıb və bağlanana qədər təxminən 375 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.

Orta illik elektrik enerjisi istehsalı təxminən 11 milyard kilovat-saat olan stansiya Baden-Vürtemberqdə elektrik enerjisinə tələbatın təxminən altıda birini ödəyirdi. Qeyd edək ki, atom elektrik stansiyası dayandırıldıqdan sonra söküləcək.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir