İdman

Premyer Liqa: Autsayderlər Şamaxıda, liderlər Bakıda qarşılaşacaqlar – AFİŞA

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

İlk olaraq autsayderlər zonasında qərarlaşan “Şamaxı” ilə “Sumqayıt” birincilərin meydanında üz-üzə gələcəklər. Ev sahibləri qələbə qazanacaqları təqdirdə, həm sonuncu pillədəki “Səbail”dən uzaqlaşacaq, həm də turnir cədvəlində “Sumqayıt”la xalları bərabərləşdirəcəklər.

Hazırda “Sumqayıt” 24 xalla səkkizinci, “Şamaxı” isə 21 xalla doqquzuncu pillədə qərarlaşıb.

Tur mərkəzi oyunla başa çatacaq. Lider “Qarabağ” ikinci sırada yer alan “Sabah”ın qonağı olacaq. Bu mövsüm çempionatda məğlubiyyət üzü görməyən ağdamlılar seriyanı davam etdirmək əzmindədirlər. “Sabah” isə qalib gəlməklə liderə bir qədər yaxınlaşa bilər. Murad Musayevin kollektivi bunu reallaşdırmağı bacarsa, eyni zamanda, üçüncü yerdəki “Neftçi” ilə aradakı fərqi 8 xala yüksəldəcək.

Oyunöncəsi “Qarabağ”ın aktivində 77, “Sabah”da isə 65 xal var.

Turun ilk iki günündə “Zirə” “Səbail”ə 3:1, “Qəbələ” “Neftçi”yə 2:1, “Kəpəz” isə “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Premyer Liqada XXXI turun matçları 21-23 aprel tarixlərində oynanılacaq.

Premyer Liqa
XXX tur
16 aprel

16:00. “Şamaxı” – “Sumqayıt”
Baş hakim: Fərid Hacıyev
Şamaxı şəhər stadionu

19:00. “Sabah” – “Qarabağ”
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir