İdman

Dünya çempionatı: Azərbaycanın bir boksçusu finalda, digəri bürünc medal əldə edib – YENİLƏNİB

Sharing is caring!


Azərbaycan boksçusu Məhəmməd Abdullayev Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Federasiyadan verilən məlumata görə, 92 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı finala gedən yolda Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Abdullayev mundialı bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub.

Qeyd edək ki, daha əvvəl Alfonso Dominqes yarımfinalda gürcüstanlı Georgi Kuşitaşvilini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçısı həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Qarşılaşma mayın 14-də olacaq.

16:00

Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 86 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.

O, hər 3 raundu xeyrinə bitirib. Alfonso yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Dünya çempionumuz final döyüşünə mayın 14-də çıxacaq.

Qeyd edək ki, axşam saatlarında millinin daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

10:56

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən boks üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi yarımfinal görüşünə çıxacaq.

Alfonso Dominges (86 kq) həlledici qarşılaşmaya vəsiqə uğrunda Georgi Kuşitaşvili (Gürcüstan) ilə üz-üzə gələcək. Məhəmməd Abdullayev (+92 kq) bu raundda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir