İdman

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazandı – YENİLƏNİB

Sharing is caring!


Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.

17:01

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala qədər irəliləyib.

Oxu.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan idmançı mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Aleksandr Kukolja (Serbiya), Aaron Far (Avstriya) və Peter Palçikə (İsrail) qalib gələn Kotsoyev yarımfinalda Lukaş Krpaleklə (Çexiya) qarşılaşıb.

Əsas vaxtda hesabın açılmadığı görüşün qızıl xal bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi finala çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidze (Gürcüstan) ilə üz-üzə gələcək.

10:32

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayacaq

100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev tatamiyə çıxacaq. 25 yaşlı idmançı 1/16 final mərhələsində Aleksandar Kukolya (Serbiya)/Akobir Abubakri (Tacikistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir