İdman

“Qarabağ”ın üç futbolçusu “Neftçi” ilə matçda 100-ə çatdı

Sharing is caring!


Azərbaycan Premyer Liqasının 32-ci turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, “Neftçi” ilə səfər oyunu (4:2) Ramil Şeydayevin Azərbaycan çempionatlarında 100-cü matçı olub. 27 yaşlı hücumçu bu qarşılaşmalarda 33 qol vurub. O, Premyer Liqada iki klubda – “Qarabağ”  (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.

“Neftçi” ilə matç Rahil Məmmədovun da Azərbaycan çempionatında 100-cü oyunu olub. 28 yaşlı müdafiəçinin hesabında 1 qol var. O, “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”nin (7 oyun) formasını geyinib.

Kevin Medina isə 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. 30 yaşlı kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir