İdman

Poçettino “Çelsi”nin sükanı arxasına gətirilir?

Sharing is caring!


“Çelsi”nin yeni baş məşqçisi Maurisio Poçettino olacaq.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər bütün məsələlərdə razılığa gəliblər. Argentinalı mütəxəssis yaxın zamanda müqaviləni imzalayacaq.

51 yaşlı Poçettino son olaraq PSJ-ni çalışdırıb və 2022-ci ilin yayından işsizdir. O, daha əvvəl İngiltərədə “Sauthempton” (2013-2014-cü illər) və “Tottenhem”in (2014-2019-cu illər) baş məşqçisi olub.

“Çelsi” bir müddət əvvəl Qrem Potterlə yolları ayırdıqdan sonra komandanı mövsümün sonuna qədər Frenk Lemparda tapşırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir