Cəmiyyət

Əlahiddə Ümumqoşun Orduda avtomobillərə baxış müsabiqəsi keçirilib – FOTO

Sharing is caring!


Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış müsabiqəsi keçirilib.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində hər bir sürücünün idarə etdiyi avtomobilin quruluşu, işləmə prinsipi və texniki istismarı qaydaları barədə bilik və bacarıqları yoxlanılıb və avtomobil texnikalarının saz vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilib.

Müsabiqədə müxtəlif markalı minik avtomobilləri, mikroavtobus və avtobuslara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda mükafatlandırılıblar.

Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və praktiki bilik tələb edir.

Ordumuzun birləşmə və hissələri arasında keçirilən baxış-müsabiqələri şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir