İdman

“Real”dan “Barselona”ya sərt cavab: “Rejim komandası hansıdır?” – VİDEO

Sharing is caring!


“Real” (Madrid) “Barselona”nın prezidenti Xuan Laportanın Madrid klubunu “rejim komandası” adlandırmasına cavab verib.

“Kral klubu” rəsmi sosial şəbəkə hesabında bununla bağlı video paylaşıb. Həmin videoda Kataloniya təmsilçisinin İspaniyanın keçmiş diktatoru Fransisko Franko ilə münasibətlərinə eyham vurulub. Qeyd edilib ki, “Barsa” onun dövründə 8 çempionluq və 9 kubok əldə edib. Bundan başqa, “Kamp Nou”nun “Barselona”ya məhz Franko tərəfindən verilməsi, onun klubu bir neçə dəfə müflis olmaqdan və aşağı liqaya düşməkdən xilas etməsi, öz növbəsində klubun ona orden təqdim etməsi vurğulanıb.

Madridlilər videoya ironik başlıq seçiblər: “Rejim komandası hansıdır?”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir