Kriminal

Fermada tapılan “cəbbəxana” ilə bağlı maraqlı TƏFƏRRÜAT: Sahibi ata görə qonşusuna atəş açıb – YENİLƏNİB +FOTO

Sharing is caring!


Goranboyda silah-sursat aşkarlanan fermanın sahibi ilə bağlı maraqlı təfərrüat üzə çıxıb.

Oxu.Az xəbər verir ki, ferma sahibi Mətləb Məmmədov bir neçə gün əvvəl ailə üzvləri ilə birlikdə həmkəndlisinin evinə basqın edərək, ona xəsarət yetiribmiş.

Belə ki, aprelin 7-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları – 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Şəfiqə Əliyeva 2006-cı il təvəllüdlü Asəf Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb.

Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində xəsarət alan bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır.

Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıblar. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məlumata görə, hadisəyə səbəb Mətləb Məmmədovun Asəf Yunislinin evinin yaxınlığındakı əkin sahəsində at bağlaması olub. A.Yunisli M.Məmmədovdan atı orada bağlamamasını tələb edib. Buna görə tərəflər arasında mübahisə yaranıb. M.Məmmədov qarşı tərəfə söyüş söyüb, Asəf isə buna cavab olaraq Mətləbi itələyib. Hadisə zamanı Mətləb gözündən xəsarət alaraq evə gedib. Daha sonra isə ailə üzvləri ilə birlikdə A.Yunislinin evinə basqın edib.

13:52

Goranboyda fermadan silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Belə ki, Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib və oradan 4 ədəd “F1”, 1 ədəd “RQ42”, 1 ədəd “RQ5” əl qumbaraları, 3 ədəd qumbara alışdırıcısı, 74 ədəd 5,45 mm-lik, 3 ədəd 7,62 mm-lik avtomat patronu, 9 ədəd 7,62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir