İdman

Konfrans Liqası: “Fiorentina”dan darmadağın, “Vest Hem” “Gent”ə qalib gələ bilmədi

Sharing is caring!


UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Belçikada “Gent” və “Vest Hem” münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşmada qalib müəyyənləşməyib.

“Fiorentina” səfərdə “Lex”i darmadağın edib. “Anderlext” “AZ Alkmar”ı məğlub yola salıb. “Nitsa” ilə “Bazel”in matçında qalib müəyyənləşməyib.

UEFA Konfrans Liqası
1/4 final

“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə) – 1:1
Qollar:
Kuypers, 57 – İnqs, 45+3

“Lex” (Polşa) – “Fiorentina” (İtaliya) – 1:4
Qollar:
Velde, 20 – Kabral, 4, Qonsales, 41, Bonaventura, 58, İkone, 63

“Anderlext” (Belçika) “AZ Alkmaar” – 2:0
Qol:
Murilyo, 22, Aşimeru, 70

“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa) – 2:2
Qollar:
Amduni, 26, 71 – Moffi, 38, 45+1

Mərhələnin cavab görüşləri aprelin 20-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir