Cəmiyyət

Piyada keçidlərindən istifadə etməyənlərə qarşı tədbirlər görülüb – FOTO

Sharing is caring!

Zaqatalada yol polisi tərəfindən piyadalar arasında intizamın möhkəmləndirilməsi, onların həyat və sağlamlığının qorunması məqsədi ilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, xüsusilə də avtomobillərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib.Bu kimi qayda pozuntularının həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün ciddi təhlükə yaratdığı izah olunub.

Edilən xəbərdarlıqlara baxmayaraq, təkrar analoji qayda pozuntusu törədən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir