İdman

Avropa Liqası: “Yuventus” qalib gəldi, “Mançester Yunayted” avtoqollarla qələbəni əldən verdi – VİDEO

Sharing is caring!


UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, əvvəlcə Niderlandda “Feyenoord” və “Roma” münasibətlərinə aydınlıq gətiriblər. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Yunayted” öz meydanında “Sevilya” üzərində iki topluq üstünlüyü qoruya bilməyib. Marsel Zabitserin dubl etdiyi qarşılaşmada digər “Mançester Yunayted”lilər Tayrel Malasiya və Hari Maquayr avtoqolla yadda qalıblar.

“Yuventus” “Sportinq”i məğlub yola salıb. “Bayer”lə “Union” isə qollu heç-heçəyə razılaşıblar.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar

“Feyenoord” (Niderland) – “Roma” (İtaliya) – 1:0
Qol:
Vieffer, 53

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:2
Qollar:
Zabitser, 14, 22 – Malasiya, 85, Maquayr, 90+3

“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) – 1:0
Qol:
Qatti, 73

“Bayer” (Almaniya) – “Union” (Belçika) – 1:1
Qollar:
Virts, 83 – Bonifeys, 51

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir