İdman

“Napoli”nin bombardiri “Milan”a qarşı oynamayacaq

Sharing is caring!


“Napoli” Çempionlar Liqasının 1/4 final mərhələsində “Milan”la ilk oyuna ciddi itki ilə çıxacaq.

Neapol təmsilçisinin hücumçusu Viktor Osimhen zədə səbəbindən matçı buraxacaq. Bu barədə klub prezidenti Aurelio De Laurentis məlumat verib.

“Viktor, təəssüf ki, oynaya bilməyəcək. Onun aprelin 18-də keçiriləcək cavab oyunu üçün hazır olacağına ümid edirik”, – De Laurentis bildirib.

Nigeriyalı forvard bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 29 oyun keçirib və 25 qol vurub. O, komandanın bombardiridir.

Sabah keçiriləcək “Milan” – “Napoli” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Mənbə: sport-express.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir