İqtisadiyyat

Ekspert: “Qiymətlər 17-18 faiz arta bilər” – FOTO

Sharing is caring!


“Qiymət artımı, bahalaşma bu gün də davam edir. İlin ilk iki ayının nəticələrinə görə, hər ay 1,5 faizə qədər bahalaşma müşahidə olunub. Qabaqlayıcı tədbirlər olmasa, ilin sonuna qədər qiymətlər 17-18 faiz arta bilər. Problemin həlli ilə bağlı hökumət hədəfli siyasət aparmalıdır. Məsələn, əməkhaqqı fondu və sosial xərclər istiqamətinə yenidən baxıla bilər”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, biznesin dəstəklənməsi, güzəştli kreditlərin verilməsi istiqamətində addımlar atılmalıdır:

“İnstitusional islahatlara diqqət edilməsi də vacibdir. Çünki fundamental dəyişikliklər olmasa, iqtisadi göstəricilərin yüksəlməsi də çətinləşir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir