MARAQLI

Cenevrədə gəncin “fəvvarə sevgisi” başına bəla açdı

Sharing is caring!


Cenevrədə 20 yaşlı gənc başını məşhur “Je-do” fəvvarəsinin şırnağının altına qoymağa cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilib.

Onun bunu nə məqsədlə etdiyi məlum deyil. Ancaq fəvvarə ilə ünsiyyət qurmaq istəyində əzmkarlığına həsəd aparmaq olar: o, əvvəlcə başını şırnağın altına salıb, sonra onu qucaqlamağa çalışıb, daha sonra isə təzyiqlə vuran su şırnağı onu fəvvarənin yanındakı plitələrə atıb.

Sonra nədənsə o özünü daha əvvəl xilasedicilərin onu çıxartdığı gölə atıb.

Zərərçəkmiş Cenevrə Universitet Klinikasına yerləşdirilib, onun vəziyyəti barədə məlumat verilmir.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir