Dünya

Ukrayna və Moldovanın baş nazirləri ümumi sərhəddə nəzarəti artırmaqla bağlı razılığa gəliblər

Sharing is caring!


Ukrayna və Moldovanın baş nazirləri ümumi sərhəddə nəzarətin inkişafı ilə bağlı razılığa gəliblər.

Kiyevdə Ukrayna hökumətinin başçısı Denis Şmıqal və onun moldovalı həmkarı Dorin Reçan arasında danışıqlar aparılıb.

“Rusiyanın Qara dənizdə “taxıl dəhlizinin” qarşısını alması kontekstində logistikanın inkişafında irəliləyişimizi qeyd etdik. Dnestr üzərində körpünün tikintisi, nəzarət-buraxılış məntəqələrinin inkişafı, dəmir yolu əlaqəsi ilə bağlı sürətli qərar – bütün bunlar bizim üçün çox vacib və həlledicidir”, – Şmıqal Moldova baş naziri ilə görüşdən sonra “Telegram”da yazıb.

Bundan əlavə, hökumət başçıları Avropaya inteqrasiya üçün ölkələr arasında əməkdaşlıq barədə razılığa gəliblər.

“Tammiqyaslı müharibənin ilk günlərindən dəstəyə görə minnətdaram. Ümid edirəm ki, Moldova nümayəndə heyətinin bugünkü səfəri ikitərəfli əlaqələrimizin və məhsuldar dialoqumuzun daha da inkişafına töhfə verəcək”, – deyə Ukraynanın baş naziri əlavə edib.

Mənbə: aa.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir